Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını azaldır

Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını azaldır

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti STDC MMC nizamnamə kapitalını azaldır.

İqtisadiyyat.az bu barədə nazirlik yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, şirkətin Sumqayıt şəhəri, Bakı-Quba yolu, 37-ci km ünvanında yerləşən baş ofisində onun təsisçilərinin yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə təsisçilərdən birinin 19 053 634 manatlıq əmlakını geri götürməsi məsələsi daxildir ki, son nəticədə kommersiya qurumunun nizamnamə kapitalı 286 627 454 manata düşəcək. Bununla bağlı debitor və kreditorlar öz tələblərini bildirə bilərlər.

Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropa istehsalı olan avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.

Mənbə: www.iqtisadiyyat.az