Azərbaycanda dayanıqlı innovasiya sisteminin yaradılmasına 2 mln. dollar xərclənəcək

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiya Agentliyi tərəfindən təklif olunan “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya qabiliyyətinin gücləndirilməsi” layihəsinin gələcək icrası üçün Detallı Planlama Araşdırmasına başlanılıb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (KOICA) "APA-Economics"ə verilən məlumata görə, araşdırma layihəsi 6 noyabr tarixinədək həyata keçiriləcək və bu müddət ərzində KOICA nümayəndələri, koreyalı mütəxəssisləri, yerli təşkilatlar və ekspertlərlə birlikdə layihənin detallarına dair görüşlər təşkil olunacaq.

Layihənin əsas məqsədləri innovasiya üzrə Baş Planın yaradılması, pilot layihənin həyata keçirilməsi və Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsindən ibarətdir.

Layihə innovasiya siyasətinin və onun icra prosesinin səmərəliliyinin artırılmasına, eyni zamanda ölkədə dayanıqlı innovasiya sisteminin yaradılmasına töhfə verəcək. Layihə 2021-2024-cü illər ərzində həyata keçiriləcək. Layihənin ümumi büdcəsi 2 mln. ABŞ dolları təşkil edir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Anar Xəlilov: “Erməni separatçılarının cəzasını Azərbaycan ordusu verəcək” ÖZƏL-RƏY

SONRAKI XƏBƏR

“Günay Bank” III rübü də mənfəətlə başa vurub