Azərbaycandakı təsərrüfat subyektləri ilə bağlanan audit müqavilələrinin sayı 15% azalıb, məbləği isə 18% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Auditorlar Palatasının üzvü olan 52 sərbəst auditor və 112 auditorlar təşkilatı öz fəaliyyətinə dair maliyyə hesabatlarını təqdim edib.

Auditorlar Palatasından "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə təsərrüfat subyektlərində 3 207 müqavilə bağlanılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bağlanılmış müqavilələrin sayı 579 vahid və ya 15,3% azalıb. Məbləğ 44 241 485 manatdan 52 223 474 manata, yəni 7 981 989 manat və 18% artıb.

Bu ilin ilk yarısında 38 253 370 manat məbləğində 2 611 müqavilə yerinə yetirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 667 ədəd və ya 20,3% azdır. Məbləğ isə 33 708 655 manatdan 38 253 370 manatadək, yəni 4 544 715 manat və ya 13,4% artıb. Orta məbləğ isə 10 283 manatdan 14 640 manata qədər, yəni 4 357 manat və ya 42,4% artıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Hərbi ekspert: Ermənilərin müharibənin gedişatında dönüş yaratması mümkün deyil

SONRAKI XƏBƏR

Ermənistan ÇIXILMAZ VƏZİYYƏTDƏ: minlərlə hərbçi ölümlə üz-üzə