UBS bankı fintex startaplara investisiya qoymaq üçün 200 mln. dollarlıq fond yaradacaq

UBS bankı fintex startaplara investisiya qoymaq üçün 200 mln. dollarlıq fond yaradacaq

UBS bankı fintex şirkətlərə investisiya qoymaq, o cümlədən xidmətlərini rəqəmsallaşdırmağa davam etmək və müştərilərlə qarşılıqlı əlaqə qurmağın yeni yollarını tapmaq üçün 200 milyon dollarlıq fond yaradacaq.

“Bloomberg”in bildirdiyi kimi, bank inkişafının erkən mərhələsində olan fintex startapları və texnologiya şirkətlərinə birbaşa investisiyalarla maraqlanır. Bundan əlavə, UBS Next layihəsi çərçivəsində “Anthemis” vençur şirkəti ilə əməkdaşlıq qurulacaq.

 

Şirkətin vençur fondu maliyyə texnologiyası alətlərinin inkişafına – blokçeyndən tutmuş süni zəkaya qədər – 5-20 milyon dollar sərmayə qoymağa hazırdır. Qeyd edək ki, UBS maliyyə texnologiyalarından artan rəqabət və mənfi faiz dərəcəsi fonunda istifadə etməyə başlayıb. Bundan əlavə, Covid-19 pandemiyası rəqəmsal xidmətlərin yeridilməsini daha da sürətləndirib.

UBS bank fəaliyyətini dəyişdirə biləcək startapları almaq və ya maliyyələşdirmək üçün bazardakı tendensiyaları izlədiyini bildirib. Məsələn, 2020-ci ilin fevralında “Morgan Stanley” rəqəmsal imkanlarını genişləndirmək və pərakəndə müştəriləri cəlb etmək üçün 12 milyard dollara E*Trade onlayn brokerini alıb.

Mənbə: banker.az