Ordumuz Azərbaycan iqtisadiyyatını dəstəkləyir - Qasımlı

Ordumuz Azərbaycan iqtisadiyyatını dəstəkləyir - Qasımlı

“Müharibənin Azərbaycana müsbət təsirləri var”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bu il üçün Azərbaycanın dövlət büdcəsi, o cümlədən müdafiə xərcləri təsdiq olunub: “Bu xərclər çərçivəsində biz müharibənin bütün xərclərini qarşılayırıq. Heç bir artıq xərcdən söhbət getmir. Əgər indiyə qədər Azərbaycan iqtisadiyyatı Azərbaycan Ordusunun maddi-texniki bazasını, döyüş əzmini, 5G texnologiyalarına uyğun döyüş aparmasını dəstəkləyirdisə, bu gün proses tam tərsinə baş verir. Bu gün Azərbaycan Ordusu Azərbaycan iqtisadiyyatını dəstəkləyir.

Torpaqlarımız işğaldan azad olunduqca, çox böyük miqdarda torpaq, su, meşə resursları, filiz ehtiyatları Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunacaq. İşğal altında olan ərazilərdə 155 adda filiz, 6 qızıl, 5 civə, 2 sink, mis və mineral su ehtiyatları var".

Mənbə: teleqraf.com