Qubadlının iqtisadi potensialı - VİDEO

Qubadlının iqtisadi potensialı - VİDEO

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı qərbdə Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir.

İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ən böyük kəndləri Xanlıq, Dondarlı, Dəmirçilər, Mahmudludur. Bu kəndlərin hər birində 200-250 təsərrüfat var. Rayon ərazisindən iki böyük dağ çayı - Həkəri və Bərgüşad keçir. Həm də kifayət qədər iqtisadi potensiala malik olan rayon mineral resurslar, faydalı qazıntılarla da məşhurdur. Qubadlıda təbii yataqların olması sənaye müəssdisələrinin yaradılmasına imkan verəcək.

Əsrarəngiz təbiətə malikd olan Qubadlının zəngin meşələri ermənilər tərəfindən qırılaraq məhv edilib. Lakin rayonun turizm potensialı o qədər yüksəkdir ki, Qubadlı yenidən özünə qayıda biləcək.

Rayon sərhəd ərazidə yerləşdiyindən Körfəz ölkələrlə də əlaəqləri genişləndirəcək, qeyri-neft sektorunu sürətləndirəcək.

Qeyd edək ki, 1993-cü il avqustun 31-də Erməmistan ordusunun hücumu nəticəsində işğal edilən Qubadlının 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşərək respublikanın 43 şəhər və rayonunda, xüsusilə də Sumqayıt və Bakı ərazisində məskunlaşdı. İşğaldan sonra rayon əhalisinin sayı 37 251 nəfər təşkil edir. Rəşadətli ordumuzun gücü, müzəffər ali baş komandanın siyasətilə Qubadlı 27 ildən sonar oktyabrın 27-də işğaldan azad olundu.

 

 

Mənbə: www.realtv.az