“Şahdağ Turizm Mərkəzi”nin əmlakı yenidən qiymətləndiriləcək

“Şahdağ Turizm Mərkəzi”nin əmlakı yenidən qiymətləndiriləcək

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC əmlakının yenidən qiymətləndirilməsi üçün kotirovka sorğusu elan edib.

Qazet.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 2-i, saat 11:00-a qədər şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96E (Landmark I, 4-cü mərtəbə) ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (077) 277-32-51 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mənbə: qazet.az