Naxçıvanda kreditləşmənin həcmi 45%-dən çox artıb

Naxçıvanda kreditləşmənin həcmi 45%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 142,5 mln. manata yaxın kredit verilib ki, bu da bir il öncəki göstəricidən 45,4% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, kreditlərin 15,22 mln. manatdan çoxu və yaxud 10,7%-i qısamüddətli, 127,28 mln. manatdan çoxu və yaxud 89,3%-i isə uzunmüddətli kreditlər olub.

Oktyabrın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 90 439-a çatıb ki, bunun da 78 962-si və ya 87,3%-i aktiv hesablardır. 2020-ci ilin yanvar-sentyabr aylarında açılan 28 796 bank hesabının 28 784-ü aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 oktyabr tarixinə 1 374-ə çatdırılıb.

Mənbə: apa.az