Rus pulu xeyli ucuzlaşıb

Rus pulu xeyli ucuzlaşıb

Rusiya iqtisadiyyatının sürətlə geriləməsi ölkənin milli valyutasına da təsirsiz ötüşmür. Rus pulu kəskin dəyər itirir.

Bizimyol.info xəbər verir ki, rubl oktyabrın 28-də xeyli ucuzlaşıb. Gün ərzində ABŞ dolları 78.92 rubla təklif olunub. Axşama doğru Rusiya valyutası daha çətin anlar yaşamağa başlayıb.

Ölkədə avronun da məzənnəsi aşağı deyil. Avropa valyutası 92.52 rubla yüksəlib. Qərbin başqa pul vahidləri də Rusiya bazarında güclənib.

Mütəxəssislər rublun yaxın aylarda daha böyük çətinliklər yaşayacağına əmindir. İqtisadiyyat ağır durumdadır. Neftin qiyməti yenə aşağı düşməyə başlayıb. Oktyabrın 28-də müəyyən fasilədən sonra “Brent” 40 dollardan ucuz satılmağa başlayıb. Təbii ki, "Urals" daha ucuz təklif olunub.

Rusiyanın Belarus hadisələrinə müdaxiləsi, üstəlik, bölgədə müharibə getməsi də rubla etimadı azaldır. Rus pulu yaxın vaxtlarda tarixi rekordu (dolların 82 rubla satılması) aşsa, təəccüblənmək lazım deyil.

Mənbə: www.bizimyol.info