ASCO bu ilin ikinci rübünə olan hesabatı açıqlayıb

ASCO bu ilin ikinci rübünə olan hesabatı açıqlayıb

ASCO 2020-ci ilin ikinci rübü üzrə “Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında” hesabatını açıqlanıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən verilən xəbərə əsasən, hesabatda rüb ərzində ASCO-da qeydə alınmış və yan keçmiş hadisələrin, daxili audit və monitorinqlərin, idarələr üzrə təkrarlanan nöqsanların sayı və statusu barədə məlumat verilib.

2020-ci ilin II rübü ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 2 978 470 saat təşkil edib.

Təhlükəsizlik hesabatında koronovariusla əlaqədar tətbiq olunan karanatin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub. Hesabatda II rüb ərzində dünya gəmiçiliyində baş verən qəzalar və onların kökündə duran səbəbləri haqqında da ətraflı məlumat verilib.

Həmçinin, təhlükəsizlik hesabatında cari ilin ikinci rübündə görülən işlər və qarşıdakı hədəflər barədə geniş məlumat verilib.

Mənbə: seherxeber.org