Türkiyədən Azərbaycana idxalın həcmi 45 faiz artıb - FOTO

Türkiyədən Azərbaycana idxalın həcmi 45 faiz artıb - FOTO

2020-ci ilin sentyabr ayı ərzində Türkiyədən Azərbaycana idxal edilən məhsulların həcmi 44,7 faiz artıb.

paralel.az-ın Türkiyənin İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən, sentyabr ayı ərzində Azərbaycan Türkiyədən 236 milyon dollar dəyərində məhsul idxal edib.

Bu göstərici 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 73 milyon dollar və ya 44,7 faiz çox olub.

Türkiyənin qonşu ölkələrə ixrac etdiyi məhsullarının həcminə görə tərtib edilən siyahısında Azərbaycan 3-cü ölkədir. Bu siyahıya əsasən, ən çox artım Azərbaycana ixrac edilən məhsulların həcmində qeydə alınıb.

Hesabata əsasən, il ərzində Türkiyədən 1 milyard 492 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu da ötən ilə nisbətən 20,3 faiz çox olub.

Nigar Məmmədova

Mənbə: paralel.az