“Brent” markalı neft kəskin ucuzlaşdı

“Brent” markalı neft kəskin ucuzlaşdı

Bu gün keçirilən axşam hərraclarında neftin ucuzlaşması daha da sürətlənib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 17:20-də “Brent” markalı neftə dair dekabr müqavilələri 5,85 faiz ucuzlaşaraq 36,82 ABŞ dollarından, yanvar müqavilələri isə 5,32 faiz ucuzlaşaraq 37,55 ABŞ dollardan satılıb.

Həmçinin WTI markalı neftə dair dekabr müqavilələri 5,72 faiz ucuzlaşaraq 35,25 ABŞ dollarından satılıb.

Qeyd edək ki, dünənki hərraclar zamanı neft qiymətləri 3-4 faiz səviyyəsində azalmışdı.

Mənbə: www.bizimyol.info