Azərbaycanda yaxın aylarda Ani Ödənişlər Sisteminin mobil əlavəsi və internet səhifəsi istifadəyə veriləcək

Azərbaycanda yaxın aylarda Ani Ödənişlər Sisteminin mobil əlavəsi və internet səhifəsi istifadəyə veriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti aylarda Ani Ödənişlər Sisteminin (AÖS) mobil əlavəsi və internet səhifəsini istifadəyə verəcək.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə AMB-nin baş direktoru Fərid Osmanov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ilin sonuna ölkənin bütün bank sektorunun iştirakçılarının AÖS-ə qoşulması nəzərdə tutulur: "Hazırda bu sistem üzərindən gündəlik olaraq 1 mln. manatadək ani ödənişlər həyata keçirilir və bu, 5-10 saniyəyə ödəniş sistemləri vasitəsilə həyata keçirilən ödənişlərdir".

Qeyd edək ki, oktyabrın "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə AMB tərəfindən yaradılan AÖS real rejimdə istismara verilib.

Mənbə: apa.az