Darvin Hüseynovun “mütərəqqi” korrupsiya üsulu

“Azərsu”ASC-də baş verən korrupsiya faktları və müxtəlif yeyintilər barədə kifayət qədər məqalələr dərc olunub.”Azərsu” rəhbərinin öz ətrafına qohum əqrabasını yığaraq dövlət əmlakını talaması faktları barədə çox deyilib. Lakin müxtəlif yerdəyişmələr aparmaqla məsələni ört- basdır etməyə nail olmuşlar.Bu gün də tez-tez rayon sukanal idarələrinin rəislərinin yerinin dəyişdirilməsi ,yeyintilərin izini itirmək üçündür.

Məsələn, bir vaxtlar Sumqayıt Sukanal İdarəsinin rəisi olmuş Darvin Hüseynov ötən il Tovuza təyinat aldı. Əvvəlki iş yerində korrupsiya və yeyinti faktları ilə daim gündəmə gəlmiş bir işçidən “Azərsu” rəhbərliyi niyə əl çəkə bilmir ki? Tovuz Sukanal idarəsində Darvin Hüseynov eyni əməlləri davam etdirir. Elə ötən ildən onun idarəsi Qazaxda su və kanalizasiya xəttlərini yeniləyir. Azca təftiş aparmaq kifayətdir ki, görülən işlərin necə aparılmasına, böyük yeyinti hallarına şahidlik edəsən. Dəyişdirilən boruların izolyasiyası demək olar ki , yoxdur. Onlar basdırıldıqda torpağın sərtliyi, qrunt nəzərə alaınaraq müəyyən texniki şərtlərə əməl olunmalıdı. Başdansovdu torpaqlayıb işi təhvil verəndə az müddət keçmiş qəza-qəza dalınca baş verir. Ancaq “Azərsu”ya bu sərf edir. Hər qəza baş verəndə filan qədər pul silinir.

Aktualxeber.az-a daxil olan məlumata görə Darvin Hüseynov Tovuza gələndən alınan rüşvətin miqdarın qaldırıb. Demək olar Sumqayıtla eyni “tariflərdir.” Məsələn, yeni tikilən fərdi evlərdə abonentlər suya və kanalizasiya xətlərinə texniki şərt almalıdırlar. Bunun üçün də “Azərsu”nun uyğun mütəxəssisləri layihə və smeta hazırlamalı, abonent tərəfindən ASC-yə müəyyən məbləğdə pul ödənməlidir. Bu da xeyli vaxt aparan məsələdir. Amma Darvin Hüseynovun “mütərəqqi” üsulu abonentləri bu problemdən azad edir. Yəni, dövlətə çatası pul artıqlaması ilə Hüseynovun özünə ödənilir və bunun üçün də heç bir qəbz-filan verilmir. Daha bir gəlir mənbəyi idarədə kadrların təyin edilməsi ilə bağlıdır. Adi fəhlə düzəlmək üçün belə xeyli pul verməlisən. Hələ mühəndis və başqa şöbələrə ai iş yerlərini demirik. Qohum-əqrəbasını başına yığıb dövlət əmlakınını talamaqla məşğul olan Darvin hüseynovun korrupsiya əməlləri sonsuzdur. Əlaqədar orqanlar vaxtında tədbir görməsələr bu xəmir hələ çox su apara bilər.

Darvin Hüseynovun hansı biznes sahələrinə və əmlaka malik olması isə başqa bir yazının mövzusudur. 

Aktualxeber.az

ƏVVƏLKİ XƏBƏR

ASGA sədri ARGTMŞ-ın layihəsi çərçivəsində Mingəçevirdə maaridləndirmə işlərini həyata keçirdi - FOTOLAR

SONRAKI XƏBƏR

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - FOTO