Komitə sədri: “Tam qələbə üçün bütün resurslarımız mövcuddur”

“Hazırda strateji valyuta ehtiyatlarımız 50 milyard dolları keçib. Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon dollar artıb. Belə ki, Dövlət Neft Fondunun valyuta ehtiyatları 65,3 milyon dollar, Mərkəzi Bankın valyuta ehtiyatları isə 55,1 milyon dollar artıb”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri valyuta ehtiyyatlarının artımının davam etdiyini bildirib:

“İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitlidir. "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 dollar səviyyəsində olub. Beləliklə, rəşadətli ordumuzun əldə etdiyi qələbələr iqtisadi ehtiyatlarımızın da artması ilə müşayiət olunur. Düşmən üzərində tam qələbə üçün bütün resurslarımız mövcuddur”.

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

“Laçın “dəhlizi”ndə sülhməramlıların yerləşdirilməsinə  izn vermək olmaz...”

SONRAKI XƏBƏR

Ermənistan yenə ekoloji terror törətdi - Göygöl Milli Parkında yanğın - FOTO