“Banklarda yoxlamalar həyata keçirmişik, pisləşmə var”

“Pandemiyanın mənfi təsirləri ilə əlaqədar olaraq bankların kredit portfelində, o cümlədən müəyyən dərəcədə istehlak kreditlərində pisləşmə var".

FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Bankların portfelinin vəziyyəti ilə bağlı biz həftəlik monitorinq aparırıq. Biz çox geniş həftəlik monitorinq aparırıq. Situasiya bizim Mart ayındakı proqnozlarımızdan da yaxşıdır. Bank sektorunda ikiqat kapital buferi saxlanılmaqdadır. Biz 9 ayın nəticələri üzrə çox geniş analitik iş aparmışıq, daxili yoxlamalar həyata keçirmişik. Biz növbəti həftə bu işi yekunlaşdırandan sonra əlavə açıqlamalar verəcəyik. Qeyd edirəm ki, pisləşmə var, bu təbidir. Məlumdur ki, pandemiyadan zərər çəkən sferalar var və bu sferalarda olan kredit portfelində, o cümlədən müəyyən dərəcədə istehlak kreditlərində pisləşmə var. Bu, ödəmə qabiliyyətinin pisləşməsilə əlaqədardır. Lakin bank sektorunun əhəmiyyətli kapital buferinin olduğu bir şəraitdə bu banklatın maliyyə vəziyyətinə pis təsir göstərmir”,- Elman Rüstəmov əlavə edib.

Fed.az

ƏVVƏLKİ XƏBƏR

“Laçın “dəhlizi”ndə sülhməramlıların yerləşdirilməsinə  izn vermək olmaz...”

SONRAKI XƏBƏR

Ermənistan yenə ekoloji terror törətdi - Göygöl Milli Parkında yanğın - FOTO