“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”

“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”

“Biz hətta “KFC”-də tele-layihə çərçivəsində iş apardıq və məlum oldu ki, onların saxta bir sertifikatı var”

“1998-ci ildən, hər üç ildən bir dünyanın müxtəlif ölkələrində toplaşırıq və bütün dünya istehlakçı hüquqlarını qoruyan təşkilatların toplantısında cəld yeməklər, o cümlədən “Mcdonald”s və “KFC” və sair restoranların verdikləri qidalar təhlükəli qidalar kimi xarakterizə olunur”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Qurum sədri “Mcdonald”s restoranlar şəbəkəsinin qidalarının insanlarda müxtəlif xəstəliklərə səbəb olduğunu bildirib:

“İstehlakçı hüquqlarını qoruyan dünya ölkələrinin təşkilatları və (Dünyanın 123 ölkəsində bizim təşkilatdan var) biz də Azad İstehlakçılar Birliyi olaraq beynəlxalq təşkilatıq (Comsumers İnternational) üzvüyük. 1998-ci ildən, hər üç ildən bir dünyanın müxtəlif ölkələrində toplaşırıq və bütün dünya istehlakçı hüquqlarını qoruyan təşkilatların toplantısında cəld yeməklər, o cümlədən “Mcdonald”s, “KFC” və sair restoranların verdikləri qidalar təhlükəli qidalar kimi xarakterizə olunur. Dünyanın hər bir ölkəsində təşkilatlar istehlakçıların bu qidalardan uzaq olmaları üçün iş aparırlar. “Mcdonald”s Azərbaycana gələndən mən də insanları ordan uzaq olmağa çağırmışam. Biz hətta “KFC”-də tele-layihə çərçivəsində iş apardıq və məlum oldu ki, onların saxta bir sertifikatı var. Əgər biz onların mətbəxinə daxil olsaq, görərik ki, xaricdən gətirilmiş dairəvi, həddən artıq bərk, mənşəyi məlum olmayan, ətə bənzəyən bir şeyi xüsusi cihazın altında bişirilir və istehlakçılara verilir. Təəssüf ki, həmin ətin it, pişik, at əti olduğu heç kəsə məlum deyil. Bu cür cəld yeməklərdə genetik motivikasiya olunmuş kartoflardan və sair qidalardan istifadə olunur. Onların xüsusi cəhizat sistemləri var, demək olar ki, Azərbaycandan mal almırlar, xaricdən gətirirlər və heç kəs də onu analiz etmir ki, ətə bənzər şey nədir.

Təsadüfi deyil ki, bir çox ölkələrdə, həmçinin Amerikada inkişaf edən bu sistem ABŞ vətəndaşlarını acınacaqlı günə qoyub. Buna görə ABŞ vətəndaşları köklükdən əziyyət çəkən, qara ciyər, mədə-bağırsaq xəstəliklərinə tutulan vətəndaşlardır. Təəssüflər olsun ki, bu sistem hansı ölkədə yerləşdirilirsə, orda böyük vergi ödəyicisinə çevrilir, böyük reklam kampaniyaları aparmaqla istehlakçıların başını uşaq vaxtından “yuyur” və istehlakçılar ora yönəlirlər. Azad İstehlakçılar Birliyi olaraq biz həmişə demişik ki, uşaqlarınızı burdan kənar saxlayın. Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır. O ki, qaldı “Mcdonald”s restoranlar şəbəkəsinin Azərbaycanın siyasətinə dəstək verməməsi və neytrallıq göstərməsi əlbəttə, yolverilməzdir. Azərbaycanın istehlakçıları hesabına mövcud olan bu qurum Azərbaycanı indi dəstəkləmir. “Mcdonald”s və digər qida şəbəkələri bilsinlər ki, dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda onlar üçün gözəl komfortlu şərait yaradılıb. Dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiya, İspaniya kimi ölkələrdə “reketlər”, qazanclarını əllərindən alan sistemlər var, Azərbaycanda isə bunların heç biri yoxdur və biznes qurumlarına son dərəcə rahat bir sistem yaradılıb. Onlar bundan sui-istifadə etməməlidirlər. Ona görə onlar Azərbaycanın qaldırdığı məsələləri həm daxildə, həm də xaricdə dəstəkləməyə məhkumdurlar. Bir sözlə, Azərbaycan istehlakçılarını “Mcdonald”s-dan uzaq olmağa çağırıram, çünki ordakı təhlükəli qidalar insanları həkim dairəsinə yönəldir”.

 

 

Mənbə: moderator.az