Əhaliyə 20 manatdan başlayaraq borc verən aparatların fəaliyyəti bərpa oluna bilər

Əhaliyə 20 manatdan başlayaraq borc verən aparatların fəaliyyəti bərpa oluna bilər

Mərkəzi Bank bankomatlar üzərindən əhaliyə kiçik həcmli kreditlər verən şirkətin bu biznes modelini qiymətləndirir.

Marja-nın məlumatına görə, bunu keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev bildirib.

O qeyd edib ki, bu yaxınlarda “AzPul” MMC şirkətinə bank olmayan kredit təşkilatı fəaliyyəti üçün lisenziya verilib:

“Həmin təşkilatın biznes strategiyası Mərkəzi Bank tərəfindən əldə edilmiş və qiymətləndirilmişdir. Yaxın zamanlarda bu şirkətin bank olmayan kredit təşkilatı kimi fəaliyyətə başlayacağı gözlənilir. “AzPul” MMC-nin əvvəlki fəaliyyəti bankomatlar üzərindən əhaliyə kiçik həcmli kreditlərin verilməsi formasında olmuşdur. Hal-hazırda bu xidmət modelinin qiymətləndirilməsi həyata keçirilir. Bildiyimiz kimi, bank olmayan kredit təşkilatlarının fəaliyyəti daha genişdir və məhz bu fəaliyyətlə məhdudlaşmır. Əgər bütün tələblərə cavab veriləcəyi təqdirdə bu məsələyə icazə verilə bilər”.

Qeyd edək ki, ötən il Bakıda bir neçə nöqtdə "AzPulMat" adlı aparatlar quraşdırılmışdır. Bu aparatlardan şəxsiyyət vəsiqəsi ilə cəmi 30 saniyə ərzində borc almaq mümkün idi. Qısa müddətdən sonra aparatların fəaliyyəti dayandırılmışdı.

 

 

Mənbə: cebhe.info