Mərkəzi Bankın sədrindən “Manatın məzənnəsi” açıqlaması – GEOSİYASİ GƏRGİNLİKLƏRİN…

Mərkəzi Bankın sədrindən “Manatın məzənnəsi” açıqlaması – GEOSİYASİ GƏRGİNLİKLƏRİN…

“Manatın məzənnəsi sabitdir. Bu gün bazarda tarazlıq mövcuddur”.

FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov qeyd edib ki, həyata keçirilən təsirli tədbirlər bazarı sabitləşdirib:

“Bilisrsiniz ki, Mart ayında böhran vəziyyətində valyutaya bir qədər tələb artdı. Lakin sonradan görülən tədbirlər nəticəsində bazar sabitləşib. Bu gün bazarda tarazlıq mövcuddur. Başlamış geosiyasi gərginliklərin bizim valyuta bazarına, Manatın məzənnəsinə hər hansı bir təsirini biz hiss etmirik. Makroiqtisadi sabitlik tam şəkildə qorunub saxlanılıb”.

"ƏGƏR BAZARDA ƏLAVƏ EHTİYAC YARANARSA, ALDIĞIMIZ VƏSAİT SATILACAQ"

Elman Rüstəmov bildirib ki, 2020-ci ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 3% və ya 200 milyon ABŞ dolları artıb.

"Valyuta ehtiyatlarımızdakı bu artım bir daha sübüt edir ki, valyuta bazarında tarazlıq Mərkəzi Bankın müdaxiləsi hesabına baş vermir. Əksinə, bazarda olan bir sıra təklifi biz özümüz almışıq, banklara likvidlik vermişik. 200 milyon dolların 80 milyon dolları Mərkəzi Bankın özünün ehtiyatlarının idarə olunmasından əldə edilən gəlirdir.

2020-ci ilin sonunadək biz valyuta bazarında hər hansı bir dəyişiklik olacağını gözləmirik. Əgər bazarda əlavə bir ehtiyac çıxarsa, son 2 ayda, biz bu valyutanı (alınmış vəsaiti - red) bazara qaytarmağa hazırıq. Bizim ilin sonuna proqnozumuz Mərkəzi Bankın valyuta ehtiyatlarının stabil qalmasıdır və ya bir qədər də artmasıdır. Biz azalacağını gözləmirik”. 

Mənbə: fed.az