LVMH lüks zərgərlik şirkətini 425 milyon dollar ucuz alacaq

LVMH lüks zərgərlik şirkətini 425 milyon dollar ucuz alacaq

Fransanın lüks məhsullar nəhəngi LVMH şirkəti ilə ABŞ-ın lüks zərgərlik şirkəti “Tiffany” satınalma əməliyyatı ilə bağlı razılığa gəlmək üzrədir.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl LVMH “Tiffany”ni 16,2 milyard dollara almaq üçün razılıq əldə etsə də, ABŞ-ın Avropa İttifaqı (Aİ) məhsullarına əlavə gömrük vergisi tətbiq etməsindən sonra Fransa hökumətinin tələbi ilə şirkət satınalmadan imtina etmişdi. Yeni razılaşma ilə LVMH 425 milyon dollar az - 15,8 milyard dollar ödəyəcək.

Mənbə: cia.az