"Nezavisimaya qazeta": "Qarabağda müharibənin davam etməsi Ermənistanın məhvi deməkdir"

Medianın hesablamalarına görə, Qarabağ münaqişəsində iştirak Ermənistanı iflasa apara bilər. NEWS.ru saytının yazdığına görə, hərbi əməliyyatlar həm insan, həm də maliyyə qaynaqları baxımından İrəvan üçün əhəmiyyətli dərəcədə itkisi ilə nəticələnib. Qəzetin qeyd etdiyi kimi, sentyabrın 27-dən bəri Qarabağdakı döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 2 milyard ABŞ dollarından çox dəyəri olan hərbi texnikası məhv edilib. Bu itkilərin bərpası üçün Ermənistana ciddi maliyyə mənbələri lazımdır. Hələ digər xərcləri demirik. Məsələn, Qarabağdakı dəyişdirilmiş cəbhə xəttinin, yəni istehkamların, qərargahlar və silah anbarlarının yenidən yaradılmasına da əsaslı vəsait lazımdır. Sual oluna bilər: Ermənistan bu qədər vəsaiti haradan ala bilər? Çünki ölkənin pulla bağlı ciddi problemləri var.

Belə ki, koronavirus pandemiyası səbəbindən Ermənistan parlamenti aprel ayında dövlət büdcəsini yenidən düzəliş edərək 4.9% artım proqnozundan təxminən 2% iqtisadi azalma proqnozunu təsdiqləyib. Gözlənilən büdcə kəsiri 2020-ci ilin sonuna qədər təxminən 670 milyon dollar və yaxud ÜDM-in 5 faizindən çox ola bilər. Üstəlik, Ermənistanın maliyyə orqanları vergi gəlirlərində ilin əvvəlində proqnozlaşdırılan səviyyədən 417 min dollar azalma olduğunu qeyd edirlər. Bundan əlavə, COVID-19 pandemiyası səbəbindən sənaye sektorunda 10-20% nisbətində zərər görüb.

Ermənistan iqtisadiyyatına xarici investisiyaların həcminin azalması isə bir başqa problemdir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra investorlar əvvəlcə yeni liderdən nə gözlədiyini anlamağa çalışaraq aktivliklərini azaldıblar. Nəzərə alaq ki, Ermənistan üçün əsas investorlar rus sərmayəçiləridir. Amma Paşinyanın hakimiyyəti dövründə Rusiya Dəmir Yolları QSC və “Qazprom” ASC kimi iri şirkətlərə Ermənistan tərəfindən cinayət işi açılması rus sərmayəçilərini əməlli-başlı həvəsdən salıb. Rusiya Federasiyası, ümumiyyətlə, Paşinyandan ehtiyatlanır, çünki onun rəhbərliyi altında Soros Fondu ilə əlaqəli bir çox qərbyönümlü şəxs hakimiyyətə gəldi və İrəvanın siyasəti bir çox məsələlərdə qərbyönümlü və güzəştsiz oldu. Nəticədə iqtisadiyyatın real sektoruna qoyulmuş xarici investisiyaların ümumi həcmi 2020-ci ilin birinci rübündə nə az, nə çox düz 38,6% azalıb. Ona görə də Qarabağda döyüşlərin getdiyi bir vaxtda Ermənistanın iqtisadi vəzyyətində hansısa pozitiv dönüşün baş verəcəyi heç də ağlabatan deyil.

“Nezavisimaya qazeta” 30 oktyabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

SONRAKI XƏBƏR

Türkiyədə 70 nəfər dağıntılar altından sağ çıxarılıb