Dünyanın ən böyük neft şirkətlərindən biri kütləvi ixtisara başlayır

Dünyanın ən böyük neft şirkətlərindən biri kütləvi ixtisara başlayır

 

Dünyanın ən böyük neft şirkətlərindən biri olan “Exxon Mobil” işçi sayını azaltmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, buna səbəb COVID-19 epidemiyasının neft tələbini azaltması göstərilir.

Ümumi işçi qüvvəsinin 15 faiz nisbətində yəni, 14 min nəfər azaltmağı planlaşdıran “Exxon Mobil” ixtisarların ağ yaxalı işçiləri də əhatə edəcəyini bildirib.

Qeyd edək ki, “Exxon Mobil”in 13 min 300 müqavilə ilə işləyən, ümumilikdə isə 88 min 300 işçisi var.

Mənbə: teleqraf.com