İtaliyada evlər hamburger qiymətinə satılacaq FOTO

İtaliyanın Siciliya adasındakı Salemi şəhərində 30-dan çox ev hamburger qiymətinə – cəmi 1 avroya satışa çıxarılacaq.
Bu barədə “Report” "The Sun"a istinadən xəbər verir.
Alıcılara təmirə ehtiyac duyulan binalar təklif ediləcək. Onlardan bəziləri 1968-ci ildə baş vermiş zələlədən sonra xaraba qalıb.
"Bütün evlər Şəhər Şurasına aiddir, bu, satışı sürətləndirir və bürokratiyanı aşağı salır”, - şəhər meri Domeniko Venuti bildirib. “İşə salmadan (satışdan - red) əvvəl biz Saleminin bu rayonlarını bərpa etdik, infrastrukturu - yolları, elektrik şəbəkələrini, kanalizasiyanı müasirləşdirdik", - deyə o əlavə edib.
Şəhərdə həmçinin istənilən qiymətə kafe, restoranlar, Norman qalası və muzeylər var.
Salemi Şəhər Şurasında ümid edirlər ki, bu amillər mülkün potensial alıcılarını cəlb edəcək.
Yeganə nüans ondan ibarətdir ki, evlərin gələcək sahibləri bina təmir edilməyincə hər il 250 avro məbləğində sığorta ödəməli olacaqlar.




Teref.az

ƏVVƏLKİ XƏBƏR

Britaniyada dünyada ilk dəfə kirpi parkı açıldı

SONRAKI XƏBƏR

Lippertdən Azərbaycana dəstək - Video