Üç rübdə nəqliyyat vasitələri ilə 140,6 milyon ton yük daşındı

Üç rübdə nəqliyyat vasitələri ilə 140,6 milyon ton yük daşındı

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 140,6 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən KONKRET.az-a -a bildirilib ki, yüklərin 59,1 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 3,1 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 29,9 faizi isə boru kəməri ilə daşınıb.

Mənbə: konkret.az