Azərbaycan Gürcüstanın ən böyük neft bitumu ixracatçısı oldu

Azərbaycan Gürcüstanın ən böyük neft bitumu ixracatçısı oldu

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın neft bitumu idxalının 59,8%-i Azərbaycanın payına düşür.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan qonşu ölkəyə 54 100 ton neft bitumu ixrac edib.

9 ay ərzində Gürcüstan 90 500 ton neft bitumu idxal edib. Gürcüstana əsas neft bitumu təchizatında 22 200 tonla ikinci yerdə İraq qərarlaşıb, daha sonra 7 600 tonla İran, 3 200 tonla Rusiya, 2 100 tonla Türkiyə yer alıb.

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 416 milyon ABŞ dollar təşkil edib. Sözügedən dövr ərzində Azərbaycanın Gürcüstana ixracı 416 milyon ABŞ dolları olub, idxalı isə 50 milyon ABŞ dolları dəyərində təşkil edib. 

Mənbə: konkret.az