Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir

Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir

Ermənistanın hərbi təxribatları və dünyanı bürüyən koronavirus infeksiyasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf davam edir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, bu proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, ölkə iqtisadiyyatının artım tempi ən yaxşı inkişaf tempdir: "Bu müddət ərzində Azərbaycanın valyuta ehtiyatları artıb. Ölkənin kənd təsərrüfatı 1,4 faiz artıb, manat öz dəyərində qalıb. Bu inkişafın heç biri Ermənistanda yoxdur. Gərgin olsa da Azərbaycan iqtisadiyyatı normal inkişaf edib".

Mənbə: az.trend.az