Partiya sədrindən Türkiyəyə dəstək təkliflər

Partiya sədrindən Türkiyəyə dəstək təkliflər


Dostlar, hazırda Türkiyədə milli valyuta dollar qarşısında zəifləməkdədir. 1 dollar 8,5 lirədən baha satılır. Bununla yanaşı Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyyatları tükənir, dövlət və özəl sektorun borcları və ölkədə dollar çatışmazlığı yüksək həddə keçib. Odur ki, aşağıdakı təklifləri bir daha səsləndirir və sizdən dəstək istəyirəm.
Teref.az yazır ki, bunu ADR sədri Qubad İbadoğlu qeyd edib. Daha sonra Qubad bəy təklifləri barədə yazır:
1. Milli Məclis 31 may 2020-ci ildə "Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi"ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Bu güzəştin yalnız 15 adda seçilmiş mallara deyil, bütün idxal mallarına tətbiq etməlidir.
2. Türkiyə Respublikası Mərkəzi Bankı və Azərbaycan Mərkəzi Bankı arasında swap (ikili bir valyuta mübadiləsi) müqaviləsi imzalanmalıdır. Müqavilənin əsas hədəfi yerli pul vahidləri ilə həyata keçirilən ticarəti asanlaşdırmaq və iki ölkənin maliyyə sabitliyinə dəstək verməkdir.
3. Türk mallarını Azərbaycan bazarına təklif edən yerli şirkətlər "Dövlət Bayraq bayramı" münasibətilə 1 həftəlik güzəştli satış kampaniyaları keçirməlidirlər.
4. Vətəndaşlar istehlakçı olaraq ştrix kodu 869-la başlayan 100 faiz türk mallarının alışına üstünlük verməli və Türkiyə şirkətlərinin investoruna çevrilməlidir.
5. Sizlər, bu linkə daxil olub, Milli Məclisə və Nazirlər Kabinetinə ünvanlana türk mallarının idxal rüsumlarının sıfırlanması ilə bağlı müraciəti imzalamasınız ki, səsimiz daha gur olsun və lazımi dairələrə çatsın. http://chng.it/fcmphH42Q9
Nəhayət, bu postu maksimum paylaşın ki, daha çox imza yığaq və dəstək qazanaq.
Teref.az

Mənbə: teref.az