Bu ölkədə benzin və dizelin qiymətləri kəskin artıb

Bu ölkədə benzin və dizelin qiymətləri kəskin artıb

Rusiyanın yanacaq ixracına qadağa qoyması, həmçinin Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının neft hasilatını azaltması fonunda ABŞ-da benzin və dizelin qiymətləri kəskin artıb.

APA xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

Moskva 2023-cü ilin sonuna qədər neft hasilatını ayda 300 min barel azaltmaq qərarına gəldi, Səudiyyə Ərəbistanı dərhal onu bir milyon azaldıb. Qiymətlərə Liviyada daşqınlar tədarük və qiymətlərə təsir göstərib. OPEC+ 2023-cü ilin dördüncü rübündə gündəlik kəsirin 3,3 milyon barrelə çatacağını proqnozlaşdırır. Artan tələblə Brent markalı neftin bir bareli artıq 100 dollara başa gəlir.

Qeyd edilir ki, qiymətlərin artması Co Baydenin 2024-cü ildə yenidən prezident seçilməsini təhlükə altına qoyur.

Mənbə: apa.az