2023-cü ilin üçüncü rübündə Rusiyada işlənmiş avtomobilin orta qiyməti illik ifadədə 39 faiz artaraq 640 min rubla çatıb.
“Yeni Sabah” TASS-a istinadla bildirir ki, bu barədə “Avito Auto”nun tədqiqatında deyilir.
“İyun-iyul aylarında Rusiya Federasiyasına işlənmiş avtomobillərin idxalı 181 faiz artıb. İyun ayında ruslar son üç ildə işlənmiş avtomobillərə rekord məbləğdə pul xərcləyiblər, - deyə araşdırmada qeyd olunub.
Həmçinin platforma ekspertlərinin fikrincə, iyul-sentyabr aylarında Rusiyada işlənmiş avtomobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artıb.
Mənbə: yenisabah.az