2023-cü ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-avqust aylarlı ilə müqayisədə 3,7 faiz artaraq 20372,8 milyon manat olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Rəsmi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 11262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 9110,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Mənbə: qafqazinfo.az