“Onlar narahat olmasınlar, biz 15 ildir bu məcəlləni gözləyirik”

“Onlar narahat olmasınlar, biz 15 ildir bu məcəlləni gözləyirik”

“Bəzi həmkarlarım Rəqabət Məcəlləsinə görə narahatdır. Onlar narahat olmasınlar, biz 15 ildir gözləyirik ki, bu məcəllə parlamentə daxil olsun”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov parlamentin plenar iclasında bildirib.

Millət vəkili qeyd edib ki, Rəqabət Məcəlləsi hazırlanarkən Türkiyə, ABŞ, Avropa dövlətlərinin müvafiq məcəllələrindən istifadə olunub: “Bu gün mağazalar, ticarət şəbəkələri tərəfindən qiymətlər qorunur. İstehlakçılar isə süni qiymət artımından narazıdır. Rəqabət Məcəlləsi isə bunu tənzimləyəcək. Belə ki, ticarət şəbəkələri artıq müəyyən marjadan yuxarı qiymət təyin edə bilməz, əks halda cərimələrlə üzləşəcəklər”.

Zaur Mirzə

Mənbə: qafqazinfo.az