Əmtəə bazarlarında qızılın qiyməti 1 835 dollaradək enib

Əmtəə bazarlarında qızılın qiyməti 1 835 dollaradək enib

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,62% azalaraq, 1 835,7 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 1,05% azalaraq, 21,2 dollar təşkil edib.

Mənbə: apa.az