ABŞ-da neft qazma qurğularının sayı yenidən azaldı

ABŞ-da neft qazma qurğularının sayı yenidən azaldı

ABŞ-ın neft sənayesi və qısamüddətli xam neft hasilatı perspektivinin göstəricisi hesab edilən neft qurğularının sayı bu həftə 5 ədəd azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb.

Şirkətin açıqladığı məlumata əsasən, ABŞ-dakı neft platformalarının sayı əvvəlki həftəyə nisbətən 14-20 noyabr həftəsində 5 ədəd azalaraq 231-ə düşüb.

Mənbə: teleqraf.com