Pekinin hava limanlarından 300-ə yaxın uçuş təxirə salınıb

Pekinin hava limanlarından 300-ə yaxın uçuş təxirə salınıb

Çinin paytaxtı Pekində qarlı hava şəraiti "Dasin" və "Paytaxt" hava limanlarından 289 uçuşun təxirə salınmasına səbəb olub.

Pekində noyabrın 21-də səhər erkən saatlardan başlayan qar və külək hava limanlarında təyyarələrin enib-qalxmasına çətinlik yaradıb. "Paytaxt" hava limanında 119, "Dasin" aeroportunda isə 170 reys təxirə salınıb. Hava limanlarında uçuş zolaqlarının təmizlənməsinə xeyli texnika cəlb olunub. Günortadan sonra uçuşlar bərpa olunub.

Qeyd edək ki, Çin paytaxtında mövsümün ilk qarının yağması ilə əlaqədar orta səviyyədə xəbərdarlıq elan edilib.

Mənbə: avropa.info