“Marşrut avtobuslarının intervallarındakı nizamsızlıq yollarda böyük xaos yaradıb” – İqtisadçıdan SƏRT TƏNQİD - VİDEO

“Marşrut avtobuslarının intervallarındakı nizamsızlıq yollarda böyük xaos yaradıb” – İqtisadçıdan SƏRT TƏNQİD - VİDEO

“BNA-nın yaratdığı bu sistemsizlik koronavirusun yayılmasına da meydan açır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) öz işini düzgün qura bilməməsi səbəbindən sərnişindaşımada yaranan ciddi problemlərdən danışan iqtisadçı Akif Nəsirli deyib.

Akif Nəsirlinin sözlərinə görə, BNA-nın səriştəsizliyi üzündən günün pik saatlarında dayanacaqlarda sərnişin “sel”i yaranır:

“Hər kəs açıq görür ki, BNA-nın xəttə buraxdığı ekspress avtobuslar metronun yükünü daşıya bilmir. Eyni zamanda, müxtəlif istiqamətlər üzrə hərəkət edən marşrut avtobuslarının intervallarındakı nizamsızlıq da sərnişindaşımada böyük xaos yaradıb.

Bütün bunlar BNA rəhbərliyinin sərnişindaşıma üzrə idarəetməni düzgün qura bilməməsinin nəticəsidir. Az qala hər imkanda öz fəaliyyətlərini tərifləməkdən yorulmayan Agentlik təmsilçiləri sərnişindaşımada yaranmış bu biabırçılığı görməzdən gəlirlər. Nəticədə isə sərnişinlər səhərlər işə gecikir, axşamlar isə evlərinə yetişmək üçün saatlarla vaxt itirirlər.

Digər tərəfdən, BNA-nın yaratdığı bu sistemsizlik koronavirusun yayılmasına da meydan açır. Marşrut avtobuslarındakı sıxlıq virusa yoluxmaq üçün “ideal” məkandır. BNA rəhbərliyi bu barədə cidddi düşünməli və nəhayət, bu problemi həll etməlidir”.

 

Aslı

www.yenicag.az

Mənbə: yenicag.az