Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu cüzi artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR xarici ölkələrlə 386,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Statistika Komitəsinə xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,6 % çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 1,6 % artaraq 334,1 milyon ABŞ dolları, idxalının dəyəri isə 6 % artaraq 52,8 milyon ABŞ dolları olub.

Son nəticədə xarici ticarətdə 281,3 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 0,02 % çoxdur.

101.az

ƏVVƏLKİ XƏBƏR

O Şuşanı, Şuşa onun ürəyini istədi - VİDEO

SONRAKI XƏBƏR

Ata, Baba - Yurdumuzun qəhrəmanları - VİDEO