Müharibə Ermənistanın 2021-ci il üçün nəzərdə tutulan dövlət büdcəsini dağıtdı

Müharibə Ermənistanın 2021-ci il üçün nəzərdə tutulan dövlət büdcəsini dağıtdı

Hazırda Ermənistanda 2021-ci ilin büdcə proqnozları müzakirə edilir. Diqqətçəkən məqam odur ki, hökümət bir çox sahələrə 2021-ci ildə ayrılacaq vəsaitin həcmini xeyli azaldıb. Məsələn, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin 2021-ci il büdcəsi üçün 2020-ci ilə nisbətən təxminən 2 milyon dram az vəsaitin ayrılması nəzərdə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Aysor.am” nəşri məlumat yayıb. Məlumatda daha sonra deyilir ki, “Hökümət büdcənin kiçilməsini koronavirus pandemiyası ilə əlaqələndirib. Amma əsl səbəb müharibədən məğlub çıxan ölkə iqtisadiyyatının çökməsidir. Belə ki, Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Ermənistan iqtisadiyyatında defolt vəziyyətin yarandığını bildirib. Yəni ölkə iqtisadiyyatı çətin geridönüşü olan bir böhrana girib. Ona görə də hökümət 2021-ci il üçün dövlət büdcəsinin xərclər hissəsini azaltmaq məcburiyyətindədir”.

Mənbə: konkret.az