Neftin qiyməti martın 6-dan bu tərəfə ilk dəfə $48-ə çatdı

 

ABŞ fyuçerslərində neftin qiyməti cari ilin mart ayındakı ‘böyük çöküşdən’ bu tərəfə ən yüksək həddə çatıb, bunu, Bloomberg yazır. Neftin qiyməti ABŞ- -da prezident seçkilərində artıq Trump-ın ofisini Jo Biden-ə transformasiya etməsi, COVID peyvəndi ilə bağlı bir çox tibb şirkətlərin gələn aydan artıq dövlət proqramı vasitəsi ilə vaksinasiyanln gəlməsi enerji bazarını canlandırıb.

Hazırda WTI nefti 1 barreli Nyu-Yorkun birjasında 1.83 dollar, 4.25% bahalaşmaqla 44.89 dollar səviyyəsində dekabr fyuçerslərində ticarət olunur. Brent markalı xam neftin bir barreli 1.74 dollar, 3.78% bqhalaşmaqla 47.80 dollara ticarət olunur.

Vaksin xəbəri ilə yanaşı Asiyada da neftə olan tələbatın artımı da neftin qiymətinə mühüm təsir edir.

Bildirək ki, “Lukoil”un vitse-prezidenti Kommersant qəzetinə müsahibəsində deyib ki, neftin qiyməti üçün ən pisi 40 dollar olacağını və 50 dolları ‘məqbul’ dəyər sayıb.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı - SİYAHI

SONRAKI XƏBƏR

Prosineçki istefa verəcək