Naxçıvan MR-da kreditləşmə 36% artıb

Naxçıvan MR-da kreditləşmə 36% artıb

2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 153 milyon 793 min 500 manat məbləğində kreditlər verilmişdir.

Banker.az bu barədə Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.

Belə ki, verilmiş kreditlərin 16 milyon 205 min 600 manatı qısamüddətli, 137 milyon 587 min 900 manatı uzunmüddətli kreditlər olmuşdur. Bu da illik müqayisədə müvafiq olaraq 30,1 % və 36,3 % çoxdur.

Mənbə: banker.az