Azərbaycanda problemli kreditlərin ikiqat hesabına banklar oktyabrı zərərlə bitirib

Azərbaycanda problemli kreditlərin ikiqat hesabına banklar oktyabrı zərərlə bitirib

Azərbaycan banklarının xalis mənfəətinin həcmi 2020-ci ilin yanvar-oktyabr ayları ərzində 478 milyon manat olmuşdur. Bu isə bir ay öncə, yəni, yanvar-sentyabr ayları ərzində 512.8 milyon manat olduğunu nəzərə alsaq, bank sektorunun oktyabr ayı ərzində 34.8 milyon manat zərər etməsi səbəbindən baş tutması deməkdir.

Bank sektoru 2020-ci ilin 1-ci rübündə 163 milyon, 2-cü rübündə 371.7 milyon və 3-cü rübdə isə 512.8 milyon manatlıq xalis mənfəət etmişdi. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ölkədə 26 kommersiya bankı hesabat dövründə faiz gəlirindən 1 592.1 milyon manat, qeyri-faiz gəlirindən 1 128.2 milyon manat gəlirlər əldə etmişdir. Faiz xərcinin həcmi 408.2 milyon, qeyri-faiz xərcinin həcmi 1 001.2 milyon manat təşkil etmişdir. Nəticədə bankların əməliyyatı 665.6 milyon manat olmuşdur. Ötən ilin müvafiq müddətində bankların əməliyyat mənfəəti 642.9 milyon manat idi.

Bankın problemli kreditlər ayırmalar üzrə həcmi ilin əvvəlindən sentyabrın sonuna qədərki rəqəmlər 24.1 milyon manat olduğu halda, təkcə oktyabr ayında iki qat artaraq 53.3 milyon manata yüksəlib. Bunun da nəticəsi olaraq bankların xalis mənfəəti oktyabr ayında azalmışdır.

Mənbə: banker.az