Əhalinin dollara tələbinin artması banklarda məzənnəni qaldırıb

Əhalinin dollara tələbinin artması banklarda məzənnəni qaldırıb

Azərbaycan banklar tərəfindən əhaliyə satılan valyutanın həcmi 2020-ci ilin may ayından bu tərəfə ən yüksək həddə yüksəlib. Cari ilin oktyabr ayı ərzində banklar əhaliyə xarici valyutanı satışı artırıb, alışları isə azaldırlar.

Banklar tərəfindən 2020-ci ilin oktyabrında 86.25 milyon ABŞ dolları əhalidən dollar almış, əhaliyə isə 204.19 milyon ABŞ dolları satıblar. Bununla da alışın həcmi oktyabrda 27.5% azalmış, satışın həcmi isə 18.3%artmışdır.

Əhalinin banklardan dollar alışının bu qədər artması mübadilə əməliyyatlarında orta məzənnəyə də təsir edib. Oktyabr ayı üzrə bankların əhali ilə mübadilədə ABŞ dolları üzrə ortaölçülü məzənnəsi 1.7012 manat olub. Bu öncəki ayda 1.7007 dollar/manat idi.

Ümumiyyətlə cari ilin may ayına qədər banklardan dollar alışına tələbin 20 milyon üzərində olduğunu müşahidə edirdik. Ölkədə sərt karantinin tətbiq edildiyi iyun ayında ABŞ valyutasına tələbin “qəfil” azalıb 144.69 milyon dollara qədər azalmışdı.

Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu oktyabr ayı ərzində bankların 560.3 milyon ABŞ dolları həcmində tələbini tam ödədiyini açıqlayıb. Bu tələb isə sentyabrda cəmi 606.4 milyon ABŞ dolları idi.

Bununla belə Azərbaycan bankları əhalidən 0.40 mln. İngilis funtu, 4.46 mln. avro, 1 253.02 mln. Rus rublu almış, 0.96 mln. İngilis funtu, 15.61 mln. avro və 1 631.37 milyon Rus rublu həcimində valyuta satmışdır.

Mənbə: banker.az