Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 63 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 63 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 207,6 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 47,3 % azalaraq 109,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 53,8 % artaraq 200 mln manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manat olub.

Mənbə: moderator.az