“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə

Norveçin “Equinor” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) “Qarabağ” yatağının işlənməsi layihəsi üzərində işləyir.

Bu barədə Trend-ə “Equinor” şirkətindən bildiriblər.

Qeyd olunub ki, hazırda layihə ilə bağlı bəzi detallar müzakirə olunur.

“Əşrəfi-Dan ulduzu-Aypara” strukturuna gəldikdə isə şirkətdən bildiriblər ki, COVID-19 infeksiyası ilə əlaqədar “Aypara” strukturunda qazma işlərini təxirə salmaq qərara alınıb:

“Qazma işlərinin başlama müddətindən danışmaq tezdir. 2020-ci ildə bu sahədə fəaliyyət gözlənilmir, yeni müddət isə daha sonra açıqlanacaq”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Çinin rəqəmsal iqtisadiyyatı 5,45 trilyon dollara çatıb

SONRAKI XƏBƏR

Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək