ABŞ-da işsizlik təzminatına müraciətlər artır

ABŞ-da işsizlik təzminatına müraciətlər artır

ABŞ-da iki həftə ardıcıl olaraq işsizlik müavinəti ilə bağlı müraciətlər artmaqdadır.

Ölkədə son zamanlar artan koronavirus yoluxmaları dünyanın ən böyük iqtisadiyyatına yeni bir təhlükə yaratmaqla yanaşı, əvvəlki həftə ilə müqayisədə 30 min işsizin müraciəti ilə 778 000 nəfər təzminat üçün müraciət edib.

Ümumilikdə ölkədə 6,1 milyon işsiz var və bu, noyabr ayının ikinci həftəsində 4.1% işsizlik deməkdir.

İşsizlik nisbəti aprel ayından bəri (14,7%) işsizlik əhəmiyyətli dərəcədə azalıb. Lakin ABŞ-da son iki həftədə bir milyondan çox yeni koronavirusa yoluxma faktı qeydə alındıqda, ştat qubernatorları və bələdiyyə məmurları iş fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq edib.

Yeni məhdudiyyətlər işsizlərin sayını artıra bilər. Belə ki, pərakəndə satış mağazaları iş saatlarını azaldır, restoranlarbağlanır, əyləncə və incəsənət mərkəzləri canlı şouları ləğv edir. ABŞ-da yaxınlaşan soyuq qış mövsümündə açıq havada toplaşmalar mümkün olmayacaq.

Milyonlarla amerikalı Şükran günündən sonra həftəsonu səyahət edəcək. Onlar ya evə gedərkən ya da oraya çatdıqda virusa yoluxma və ya yoluxdurma riski daşıyırlar.

Mütəxəssislər ABŞ-da yoluxmaların Milad və Yeni il bayramlarından bir qədər əvvəl Şükran günü qeyd etmələri səbəbindən yüksələcəyini proqnozlaşdırır.

 

Mənbə: www.amerikaninsesi.org