Bankların istehlak və biznes kreditləri azalıb

Bankların istehlak və biznes kreditləri azalıb

Azərbaycanda oktyabrda yalnız ipoteka kreditlərinin həcmində aylıq artım müşahidə edilib. 1 noyabr 2020-ci il tarixinə ölkənin 26 bankının son bir ayda kredit portfelləri 14 497 milyon manatdan, 14 409.3 milyon manata qədər azalıb. Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Azalma biznes və istehlak kreditlərində olmuşdur. Bir ay öncə 8 741 milyon manat olan biznes kreditləri 8 679.8 milyon manata, 3 808.6 milyon manat olan istehlak kreditlərinin həcmi 3 746.7 milyon manata qədər azalmış, ipoteka kreditləri isə 1 947.4 milyon manatdan 1 982.8 milyon manata qədər artmışdır.

Mənbə: banker.az