Erməni dramının "dramı":Hər kəs əlindəki qəpik-quruşu da dollara çevirir

Erməni dramının "dramı":Hər kəs əlindəki qəpik-quruşu da dollara çevirir

Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti ölkə iqtisadiyyatına ciddi zərər yetirib. Eyni zamanda ölkə valyutası olan dramın kursu aşağı düşüb.

Cebhe.info xəbər verir ki, erməni mətbuatının yaydığına görə, indi ölkənin Mərkəzi Bankı dəqiq informasiya tədbirləri görməkdədir ki, istifadəçilər panikaya düşməsin və dramı dollarla əvəzləməsinlər.

Ermənistanın eks-maliyyə naziri Vardan Aramyan hesab edir ki, dramın ucuzlaşması ölkədəki iqtisadi vəziyyətlə əlaqədardır.

Noyabrın 24-də dolların kursu 510 dram, avronun kursu isə 600 dram olub. Bu onu göstərir ki, dram 6-7 faiz ucuzlaşıb.

"Valyutaların kursunun dəyişməsi iki tip faktordan asılıdır. Bunlardan biri strukturdan, digəri isə baş verən situasiyalardan asılıdır. Müasir erməni reallığı ikinci faktordan asılıdır ki, bu da xüsusi təhlükə əhəmiyyəti daşıyır", - deyə eks-maliyyə naziri qeyd edib.

"İndi vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya dəyişirlər. Banklardan depozitlərini geri götürürlər. Bu, ölkə iqtisadiyyatı üçün acınacaqlı bir haldır. Bir nəfər bunu edirsə, ona uyğun qonşuları və qohumları da bu hərəkəti edir. Buna görə də Mərkəzi Bank qısa zamanda əhalini dəqiq informasiyalandırmalıdır və bu halların qarşısını almalıdır", - deyə Aramyan bildirib.

O, daha sonra vurğulayıb ki, inflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatda valyuta intervensiyası aparılmalıdır." Valyutaya olan tələbat artırılmalıdır. Bunun üçün Mərkəzi Bankda kifayət qədər rezerv var", - deyə Aramyan əlavə edib.

Erməni mətbuatının yaydığına görə, ölkənin (qızıl ehtiyatları nəzərə alınmasa) valyuta rezervləri təxminən 1,8 milyard dollardır. Bu məbləğ isə olduqca azdır və 4-6 ay Mərkəzi Bankın ehtiyatında qala bilər.

Eks-maliyyə nazirinin bildirdiyinə görə, dramın ucuzlaşmasına Qarabağ müharibəsi səbəb olub.

"Mən 2,5 il ərzində dəfələrlə Nazirlər Kabinetinə müraciətlər etdim. Lakin onlar bu məsələyə ciddi yanaşmadılar və iqtisadiyyatı uçuruma apardılar. Bu gün baş verənlərdə ciddi səhvlərə yol verdiyinə görə hökumət günahkardır", -deyə eks-maliyyə naziri bildirib.

Görünən odur ki, Ermənistan çalxalanır. İnsanların alıcılıq səviyyəsi aşağı düşüb, məhsullar bahalaşıb. İndi bazarda satıcılar məhsullarını minimum səviyyədə bahalaşdırmaq istəyirlər ki, nəsə sata bilsinlər.

Qeyd edək ki, noyabrın 24-də dollar 510 drama alınıb, 522 drama satılıb.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info