Azərbaycandan bu il Türkiyəyə səfər edənlərin sayı azalıb

Azərbaycandan bu il Türkiyəyə səfər edənlərin sayı azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 203 504 şəxs səfər edib.

Banker.az bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 73.91 faiz azalma deməkdir.

Təkcə oktyabr ayında Azərbaycandan Türkiyəyə 20 027 turist səfər edib. Cari ilin oktyabr ayında Türkiyəyə səfər edənlərin sayı, ötən ilin eyni ayı ilə müqayisədə 67.46 faiz azalıb.

Mənbə: banker.az