“Exxon Mobil” növbəti yeddi il üçün neftin qiyməti üzrə proqnozunu aşağı saldı

“Exxon Mobil” növbəti yeddi il üçün neftin qiyməti üzrə proqnozunu aşağı saldı

Amerikanın neft və qaz nəhəngi “Exxon Mobil” şirkəti növbəti yeddi il ərzində neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Bildirildiyi kimi, “Exxon” növbəti yeddi ildə neft qiymətlərinin gözləniləndən 11-17% aşağı olacağını proqnozlaşdırıb. Xatırladaq ki, 2019-cu ildə şirkət “Brent” markalı neftin yaxın beş il ərzində 62 dollar civarında olacağını, 2026-2027-ci illərdə isə 72 dollara yüksələcəyini proqnozlaşdırmışdır. Yay aylarında “Exxon” bu göstəriciləri 50-55 dollar səviyyəsinə endirdi.

Proqnozun əhəmiyyətli dərəcədə pisləşməsi nəyi göstərir? İlk növbədə, Covid-19 pandemiyasının yaxın onilliyə təsir etməyə davam edəcəyini. Bundan əlavə, yanacaq sənayesi yenilənən enerji və elektrikli nəqliyyat vasitələri ilə rəqabət aparmalı olacaq.

Rəqiblərindən fərqli olaraq, “Exxon” neft qiymətlərinə dair daxili proqnozlarını açıqlamır. Buna baxmayaraq, şirkətin bu sektorun uzunmüddətli gələcəyi ilə bağlı açıqlamaları olduqca nikbin səslənir. Baş direktor Darren Vuds pandemiya səbəbindən neftə tələbatın azalmasının müvəqqəti olduğunu vurğulayıb.

Mənbə: banker.az