Bu Avropa ölkəsi Aİ-dən borcunun bağışlanmasını xahiş edir

Bu Avropa ölkəsi Aİ-dən borcunun bağışlanmasını xahiş edir

İtaliya hakimiyyəti Avropa İttifaqından koronavirus pandemiyası dövründə yaranan borcunun bağışlanmasını xahiş edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu cür təşəbbüslə İtaliyanın Xarici İşlər nazirinin müavini Rikkardo Frakkaro çıxış edib. O, bu məsələ ilə əlaqədar olaraq Avropa Mərkəzi Bankına (AMB) müraciət edib.

R.Frakkaroya görə, pandemiya dövründə və bununla əlaqədar olaraq yaranan böhran fonunda AMB-nin pul-kredit siyasəti öz prioritetlərini dəyişərək iqtisadiyyatın stimullaşdırılmasına köklənməlidir. Bu isə öz növbəsində dövlət xərclərinin artırılması hesabına baş verir.

İtaliya rəsmisi hesab edir ki, problemin həlli tənzimləyici tərəfindən əldə olunan dövlət istiqrazlarının ləğvi ola bilər.

Mənbə: finans.az