Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir

Avrozonanın kommersiya bankları çətin günlərlə üzləşəcək.

"APA-Economics"in Avropa Mərkəzi Bankı ənənəvi maliyyə sabitliyi icmalına istinadən verdiyi məlumata görə, bu vəziyyət ən azı 2021-ci ili əhatə edəcək.

İcmala əsasən, bank sektorunun mənfəətinin 2019-cu ilin səviyyəsinədək bərpası 2022-ci ildən tez olmayacağı proqnozlaşdırılır.

Öz növbəsində, sözügedən vəziyyət bu müddətdə borcvermə potensialını azaltmaqla bütün Avropa iqtisadiyyatının vəziyyətinə mənfi təsir göstərəcək.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Rus dilinin rəsmi statusu LƏĞV EDİLİR - TƏKLİF VERİLDİ

SONRAKI XƏBƏR

Bu format ləğv edilməlidir” - Partiya sədrindən Qarabağla bağlı YENİ TƏKLİF